Gürcüstanın Poti şəhərində keçirilən "Nana Aleksandriya 2012 Kuboku" uğrunda 6-cı Beynəlxalq Şahmat Festivalına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin maliyyə dəstəyi ilə 5 qat respublika çempionu, məktəblilər arasında dünya çempionu Beynəlxalq Usta Zaur Məmmədov, Avropa və dünya mükafatçısı Nərmin Məmmədova ezam olunub. Siasport.az saytının məlumatına görə, 11 ölkəni təmsil edən 148 idmançının iştirakı ilə keçirilən "Open" turnirində Zaur Məmmədov beynəlxalq reytinqini yüksəldib. 13 yaşlı Nərmin Məmmədova isə 16 yaşadək qızlar arasında 9 oyundan 5 xal toplayaraq 3-cü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB