Azərbaycan cüdoçularının Londonda ilk rəqibləri müəyyənləşib. Siasport.az saytının məlmatına görə, iyulun 28-də qarşılaşacaq İlqar Müşkiyev 60 kq çəki dərəcəsində turnirə 2-ci mərhələdə başlayacaq. Onun rəqibi Tobias Enqlmayer (Almaniya) - Ovanes Davtyan (Ermənistan) görüşünün qalibi olacaq. Bir gün sonra 66 kq-da Tərlan Kərimov Rusiyalı Musa Moquşkovla üz-üzə gələcək. 73 kq-da Rüstəm Orucov isə Cənubi Afrika Respublikasından olan Gideon Van Zil ilə mübarizə aparacaq.
Pekin Olimpiya oyunlarının qalibi Elnur Məmmədlinin ilk turda rəqibi Kanada təmsilçisi Antuan Valu-Fortye olacaq.
Məlumat üçün bildirək ki, 81 kq çəki dərəcəsində görüşəcək idmançılar iyulun 31-də tatami üzərinə çıxacaq. Ötən ilki Braziliya dünya kubokunda Elnurun da çıxış etdiyi yarışda kanadalı atlet 5-ci yeri tutmuşdu.
Avqustun ilk günündə mübarizəyə qoşulacaq Elxan Məmmədovun (90 kq) rəqibi isə almaniyalı Kristof Lambertdir. 100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov avqustun 2-də qazaxıstanlı Maksim Rakovla görüşəcək. Qadınların turnirində də cütlüklər məlum olub. 57 kq-da Kifayət Qasımova ilk turdan azad olmaqla Kaori Masumoto (Yaponiya) - Vesna Cukiç (Sloveniya) görüşünün qalibini gözləyəcək. 63 kq-da Ramilə Yusubova isə türkmənistanlı Gülnar Xaytbeva ilə mübarizəyə qoşulacaq.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB