Rusiya millisi Kapelloya əmanət olundu

Rusiya millisi Kapelloya əmanət olundu

Rusiya Futbol Federasiyası milli komandaya yeni baş məşqçi təyin edib. Siasport.az saytının Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Dik Advokatın istefasından sonra baş məşqçi axtarışında olan Rusiya Futbol Federasiyası təcrübəli italyan məşqçi Fabio Kapello ilə müqavilə bağlayıb. 66 yaşlı Kapellonun Rusiya ilə 2 illik müqavilə imzaladığı bildirilir.

Uzun illər "Milan", "Roma", "Yuventus" və "Real Madrid" kimi Avropanın məşhur komandalarını çalışdırdıqdan sonra 2008-ci ildə ilk dəfə milli komandaya başçılıq edən Kapello 4 il müddətində İngiltərədə qalmışdı. Bu ilin fevral ayında İngiltərə Futbol Federasiyası ilə olan anlaşılmazlıq ucbatından vəzifəsindən istefa verən Fabio Kapello 4 aya yaxındır ki, özünə komanda axtarırdı.

Qeyd edək ki, Kapellonun Rusiya Futbol Federasiyasından alacağı maaş hələlik açıqlanmasa da, Rusiya mətbuatı italyan məşqçiyə ödəniləcək məbləğin illik 10 milyon avro olduğunu yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə