“Qalatasaray”dan “Beşiktaş”a gözlənilməz təklif

“Qalatasaray”dan “Beşiktaş”a gözlənilməz təklif

Felip Melonu əldən verən "Qalatasaray" klubu yeni futbolçu axtarışlarını davam etdirərkən "Beşiktaş"a gözlənilməz təklif irəli sürüb. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Beşiktaş"ın ulduzu Manuel Fernandesi heyətinə qatmaq istəyən "Cim-Bom" hazırlıqlara başlayıb.

Baş məşqçi Fatih Terimin istəyi ilə bu işin məsuliyyətini idarə heyətinin üzvü Abdurrahim Albayrak öz boynuna götürüb. Həmid Altıntopun "Qalatasaray \"a transferini təmin edən Albayrak Fernandes üçün də "Beşiktaş"ın transfer üzrə məsul şəxsi Tamer Kıran ilə görüşüb. Səmimi keçən görüşdə Abdurrahim Albayrak Fernandesin qarşılığında Milan Baros və 7 milyon avro təklif edib. Tamer Kıran təklifi rəhbərliyə çatdırıb.

Əvvəlcə \"onu satmayacağam\" deyən klubun prezidenti Fikrət Orman son günlərdə Fernandesin uğursuz oyunlarını göz önünə alaraq futbolçunu transfer etməyi düşündüyü öyrənilib.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə