\"Sumqayıt\" Futbol Klubu növbəti futbolçu ilə müqavilə bağlayıb. Siasport.az saytının məlumatına görə, ötən mövsümü elə \"Sumqayıt\"da keçirtmiş \"Neftçi\"nin hücumçusu Ruslan Qurbanov daha bir illik icarəyə götürülüb. 21 yaşlı futbolçunun müqaviləsi mayın 30-dək qüvvədə olacaq. Ruslan artıq \"Sumqayıt\" FK-nın düşərgəsindədir.
Qeyd edək ki, Ruslan Qurbanov 2011/2012 mövsümündə \"Sumqayıt\"ın heyətində Premyer Liqada 15 qarşılaşmada (965 dəqiqə) rəqib qapılarından 2 top keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB