"Simurq" hazırlıqlarını davam etdirir

"Simurq" hazırlıqlarını davam etdirir
Avstriyada təlim-məşq toplanışında olan "Simurq" Peşəkar Futbol Klubu məşqləri ara vermədən davam etdirir. Siasport.az saytının məlumatına görə, bu gün səhər saatlarında məşqə çıxan komandada yoxlama görüşündə əsas heyətdə forma geymiş futbolçular ayrı çılışıb. Qaçış və isinmə hərəkətlərindən sonra futbolçular ayaq tennisi oynayıblar. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında hazırlığı davam etdirib. Sonda komanda iki hissəyə bölünərək, taktiki çalışmalar üzərində işləyib.

Georgi Çixradzenin yetirmələri iyulun 27-də növbəti yoxlama görüşünə çıxacaq, 28-də isə günortadan sonra Avstriyadakı təlim-məşq toplanışını başa vuraraq ölkəyə qayıdacaq

Bütün xəbərlər Facebook səhifəmizdə