Yeni mövsümə hazırlıqlarını paytaxtda davam etdirən \"Bakı\" gündə iki məşqə çıxır. Siasport.az saytının məlumatına görə, intensiv məşqlərlə kifayətlənməyən komanda təlim-məşq çərçivəsində yoxlama oyunlarına da vaxt ayırır.
Ötən həftə əvəzedici komandası ilə qarşılaşan \"Bakı\" bazar günü daha bir yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Komanda iyul ayının 29-da klubun təlim-məşq bazasında birinci dəstə təmsilçisi Neftçala ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB