Qarşıdan gələn mövsümün hazırlıqlarını gündə iki məşqlə klubun təlim-məşq bazasında davam etdirən "Bakı" klubu dünən saat 11:30 və 19:30-da olmaqla iki məşqə çıxıb. Siasport.az saytının məlumatına görə, axşam məşqi bir saatdan çox davam edib. Komandanın məşqi taktiki çalışmalar və topla hərəkətlər üzərində qurulub.
Məşqdə Elvin Əliyev, Əziz Quliyev və Cəmşid Məhərrəmov iştirak etməyiblər. Zədəli futbolçulardan əlavə, komandanın kosta-rikalı hücumçusu Uinston Parks da fərdi məşq keçib. Parksın zədəsi nisbətən yüngül, digər adıçəkilən futbolçuların isə zədələri daha ciddidir.
Ayağında sınıq olan Əziz Quliyevin gələn ayın ortalarında, Cəmşid Məhərrəmovun isə 20 gün ərzində komandaya qoşulması gözlənilir. Elvin Əliyevin zədəsi isə daha ciddidir. Onun komanda ilə birgə məşq etməsinin tarixi məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB