"Asteras Tripolis Stadion" arenasının mətbuat zalında "Asteras" - "İnter" oyununa həsr olunmuş mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, "Asteras"ın baş məşqçisi Sakis Tsiolis mətbuat nümayəndələrin suallarını cavablandırıb. O, rəqibin güclü olduğunu bildirib: "İnter" çox güclü komandadır. İlk oyunun nəticəsi bizi qane etsə də, cavab qarşılaşmasında qələbə qazanmağa ümid edirik. Birinci oyunda "İnter" yaxşı futbol göstərdi. Onları dayandırmaq çox çətin idi. Futbolçularla söhbətdə bildirdim ki, birinci oyunu unutmaq lazımdır. İlk oyunda qeydə alınan 1:1 hesablı heç-heçəyə görə sevinirik, lakin buradakı oyunda daha yaxşı oynamalıyıq".
Qeyd edək ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Asteras"-"İnter" matçı bu gün Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB