Avropa Liqasının II təsnifat mərhələsində "Lex"lə "Xəzər Lənkəran" klubunun oyunundan öncə hər iki komandanın baş məşqçiləri qarşılaşma haqda fikirlərini ifadə edib. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov güclü rəqiblə oyunun asan olmayacağını gizlətməyib: "Komandamız daha öncə də "Lex"lə qarşılaşıb, təəssüf ki, o zaman uğurlu nəticə əldə etməmişik. Sabahkı oyuna yaxşı hazırlaşmışıq, nəhayət ki, "Lex"ə qalib gəlib, sindromu qırmağa çalışacağıq. İlk oyundan sonra rəqibi daha yaxşı tanıyırıq və ötən həftə ərzində bu bilikləri komandanın xeyrinə istifadə etmişik. "Lex"in heyətində hər hansı bir futbolçunu fərqləndirmək istəməzdim, ümumilikdə yaxşı komandadır. İlk oyunda doğma meydanda heç-heçə etdik, bu, rəqibə müəyyən üstünlük verir. Lakin artıq bu cür halla qarşılaşmışıq\".
Buna baxmayaraq Yunis Hüseynov komandasının qələbə qazanacağına inandığını ifadə edib: "Ötən mərhələdə ilk oyunda heç-heçə edib səfərdə qalib gələ bildik. Bu mərhələdə də eyni uğuru qazanacağımıza inanıram. Sabahkı oyun zamanı Poznanda havanın isti olacağı bizim üçün əlverişli ola bilər. Belə ki, ilk oyunda yağan yağış "Lex"ə sərf etmişdi ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB