Gənclər və İdman Nazirliyinin yaradılmasının 18-ci ildönümü ilə bağlı bölgələrdə tədbirlər keçirilir
Bu
gün Şabran rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
yaradılmasının 18-ci ildönümü münasibəti ilə gənclərlə görüş keçirilib. Siasport.az
saytı xəbər verir ki, rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə,
Şabran rayonunun ictimai həyatında yaxından iştirak edən fəal gənclər iştirak
ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu
öndər Heydər Əliyevin mərkəzin önündə ucaldılan büstünün qarşısına gül dəstələri
qoyublar. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi
Süleyman Əliməmmədov açaraq bildirib ki, ümummilli liderimiz Heydər Əliyev
tərəfindən ölkə gənclərinə olan diqqət və qayğının təzahürü kimi, 18 il əvvəl ölkəmizdə
Gənclər və İdman Nazirliyi fəaliyyətə başlayıb. Məhz ulu Öndərimiz Heydər
Əliyevin xeyir duası ilə fəaliyyətə başlayan Nazirlik, Ulu Öndərin gənclər
siyasətini uğurla həyata keçirmək üçün bu illər ərzində bir sıra əhəmiyyətli
tədbirlər həyata keçirib. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkə
gənclərinə böyük diqqət və qayğı göstərildiyini qeyd edən S.Əliməmmədov, Şabran
rayon gənclərinin də daima ölkə rəhbərliyinin bu qayğı və diqqəti öz
üzərlərində hiss etdiklərini diqqətə çatdırıb.
Sonra rayon Mədəniyyət və Turizm şöbəsinin gənclər birliyinin sədri H.Qazıməmmədova, "Şabran" qəzetinin redaktoru Ç.Məmmədli, idmançı qız N.Ağamalıyeva çıxış edərək, gənclərimizin Azərbaycanın müasir həyatındakı rolundan və əldə etdikləru uğurlardan danışıblar. Sonda rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev söz alaraq, ölkə gənclərinin hərtərəfli inkişafı üçün həyata keçirlən tədbirlər barədə danışıb. F.Nurşiyev qeyd edib ki, bu gün Azərbaycan gəncliyi müasir dünyanın ən öndə gedən, inkişaf edən gəncləri sırasında yer alırlar. Natiq qeyd edib ki, gənclərimizin mənəvi baxımdan yetkinləşməsi, fiziki baxımdan sağlam olmaları, ən müasir informasiya texnologiyalarına yiyələnmələri üçün ölkə rəhbərliyi tərəfindən bütün imkanlar yaradılıb. O qeyd edib ki, Azərbaycan gəncliyinin bir hissəsi olaraq Şabran rayonunun gəncləri də bu qayğı və diqqətlə əhatə olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB