\"Qəbələ\"nin Sloveniya gündəliyi- Fotosessiya

\"Qəbələ\"nin Sloveniya gündəliyi- Fotosessiya
\"Qəbələ\" klubu Sloveniyada hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, klub təlim-məşq prosesinin 13-cü gününü bir məşqlə tamamlayıb. Günün ilk yarısında baş tutan məşqdə həm fiziki, həm də toplu məşqlərə yer verilib. Bundan əlavə, futbolçular baş məşqçinin xüsusi tapşırıqları üzərində çalışıb. Məşqə ikitərəfli oyun və müxtəlif vəziyyətlərdən qapıya zərbələrlə yekun vurulub.

Qeyd edək ki, zədəsi sağalmaqda olan Rəşid Əmiraslanov komandadan ayrı məşq edib.



Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə