Bu gün \"Sumqayıt\" Türkiyədə yoldaşlıq oyununa çıxacaq

Bu gün \"Sumqayıt\" Türkiyədə yoldaşlıq oyununa çıxacaq

"Sumqayıt" Türkiyənin Nevşehir bölgəsində təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxacaq. Belə ki, "Sumqayıt" klubu Türkiyənin "Kayserispor" A2 komandası ilə üz-üzə gələcək. Məlumat üçün bildirək ki, görüş saat 18:00-da \"Avrasiya\" otelinin meydançasında keçiriləcək.

Xatırladaq ki, \"Sumqayıt\" iki gün əvvəl digər türk klubu \"Kayseri Erciyesspor\"la yoxlama oyunu keçirmişdi. 2:2 hesablı bərabərlik qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə