“Qəbələ” Sloveniyada son yoldaşlıq oyununu Türkiyə klubu ilə keçirəcək

“Qəbələ” Sloveniyada son yoldaşlıq oyununu Türkiyə klubu ilə keçirəcək
Sloveniyada təlim-məşq toplanışını sona çatdırmaq üzrə olan "Qəbələ" növbəti yoxlama oyununu keçirəcək. Siasport.az saytının məlumatına görə, Qəbələ təmsilçisinin beşinci - sonuncu rəqibinin adı artıq müəyyənləşib. Belə ki, \"Qəbələ\" iyulun 26-ı Bakı vaxtı ilə saat 20:30-da Türkiyə Super Liqasında çıxış edən "Mersin İdman Yurdu"klubu ilə üz-üzə gələcək. Bir gün sonra isə "Qəbələ" vətənə dönəcək.

Qeyd edək ki, Türkiyənin Mersin şəhərini təmsil edən klubun əsası 1925-ci ildə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə