ÇL-in III təsnifat mərhələsində kimlər qarşılaşacaq?

ÇL-in III təsnifat mərhələsində kimlər qarşılaşacaq?

Çempionlar Liqasının III təsnifat mərhələsinin cütlərinin tam tərkibi müəyyənləşib. Bu, II təsnifat mərhələsinin baş tutan son 5 oyunundan sonra mümkün olub.


Bu mərhələdə Azərbaycanı təmsil edən Bakının "Neftçi" klubu İsrailin "Hapoel" (Kiryat Şmona) komandası ilə qarşılaşacaq. İlk görüşlər iyulun 31-də və avqustun 1-də keçiriləcək. Təmsilçimiz avqustun 1-də səfərdə oynayacaq.


Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 7-8-də keçiriləcək.


Çempionlar Liqası

III təsnifat mərhələsi


"Slaşk" (Polşa) - "Helsinqborq" (İsveç)

BATE (Belarus) - "Debretsen" (Macarıstan)

"Dinamo" (Kiyev, Ukrayna) - "Feyenoord" (Hollandiya)

AEL (Kipr) - "Partizan" (Serbiya)

"Motervell" (Şotlandiya) - "Panatinaikos" (Yunanıstan)

"Hapoel" (Kiryat Şmona, İsrail) - "Neftçi" (Azərbaycan)

"Molde" (Norveç) - "Bazel" (İsveçrə)

"Maribor" (Sloveniya) - "Düdelanj" (Lüksemburq)

"Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Kopenhagen" (Danimarka) – "Brügge" (Belçika)

"Anderlext" (Belçika) - "Ekranas" (Litva)

"Fənərbaxça" (Türkiyə) - "Vaslui" (Rumıniya)

"Seltik" (Şotlandiya) - HİK (Finlandiya)

CFR (Rumıniya) - "Slovan" (Çexiya)

Bütün xəbərlər Facebook səhifəmizdə