Mariuş Rumak: \"Rəqibimizin oyundan nə gözləməsi bizi maraqlandırmır\"- Münasibət

Mariuş Rumak: \"Rəqibimizin oyundan nə gözləməsi bizi maraqlandırmır\"- Münasibət

Avropa Liqasının II təsnifat mərhələsində "Lex" – "Xəzər Lənkəran" oyunundan öncə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil olunub. Siasport.az saytının məlumatına görə, "Lex" klubunun baş məşqçisi Mariuş Rumak oyun öncəsi fikirlərini ifadə edib: "Rəqibimizin oyundan nə gözləməsi bizi maraqlandırmır. Hər kəsin öz fikri var, bu, normaldır. Oyun başlayandan üstünlüyü ələ almağa çalışacağıq. İlk oyun da göstərdi ki, "Lex" daha yaxşı oynayır, topla daha yaxşı davranır".

Qeyd edək ki, "Xəzər Lənkəran"ın oyun üslubuna da toxunan baş məşqçi rəqibi belə dəyərləndirib: "Rəqibin standart vəziyyətlərdən yaxşı istifadə etdiyini də unutmamalıyıq. Səfər oyunundakı qolu da standart vəziyyətdən buraxdıq. Daha yaxşı olduğumuzu cavab qarşılaşmasında göstərməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə