Qusar rayonunda yerləşən Olimpiya İdman Kompleksində şahmat üzrə 16 yaşadək gənclər arasında Respublika Olimpiadası keçirilib. Siasport.az saytının məlumatına görə, "A" və "B" qrupları üzrə keçirilən yarışda 480-ə yaxın idmançı (onlardan 95 nəfəri qızlardır) respublikanın 44 şəhər və rayonunu təmsil edib. Yarışlar 12 yaşadək idmançılar arasında "B" və 12 yaşdan yuxarı idmançılar arasında "A" qrupları üzrə keçirilib. Respublika Olimpiadasında iştirakçılar arasında Bakı şəhərini təmsil edən idmançılar üstünlük təşkil edib. Belə ki, "A" və "B" qruplarında RİOEUGŞM, "Neftçi" İSM, "Sərhədçi" OİM, HRŞDK, "Gənclik" ŞK, 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 16 №-li UGİM-i təmsil edən 200 nəfər (onlardan 40 nəfəri qızlardır) paytaxat idmançısı mübarizə aparıb. Yarışların yekun nəticəsinə əsasən "A" qrupunda 14 yaşadək oğlanlar arasında I yeri 7,5 xalla Zeynallı Miradil (Bakı - RİOEUGŞM), II yeri 7,5 xalla Bayramov Zaur (Sumqayıt), III yeri 7 xalla Sərxanlı Orxan (Bakı - 1 №-li İOEUGŞDİM) tutub. 14 yaşadək qızlar arasında I yerə 8 xalla Höccətova Aydan (Bakı - RİOEUGŞM), II yeri 6,5 xalla Əhmədova Fatimə (Bakı - 1 №-li İOEUGŞDİM), III yeri 6 xalla Firudinli Lalə (Beyləqan) laiq görülüb. 16 yaşadək oğlanlar arasında I yeri 8,5 xalla Pirverdiyev Aqil (Bakı - RİOEUGŞM), II yeri 8 xalla Bayramov Elvin (Quba), III yeri 7,5 xalla Bayramov Elxan (Bakı - 1 №-li İOEUGŞDİM), 16 yaşadək qızlar arasında I yeri 8 xalla Əmrayeva Aytən (Bakı - RİOEUGŞM), II yeri 7 xalla Məmmədzadə Günay (Bakı - 1 №-li İOEUGŞDİM), III yeri 7 xalla Bağırova Xatın (Ucar) qazanıb.
Məlumat üçün bildirək ki, "B" qrupunda 8 yaşadək oğlanlar arasında I yeri 8 xalla Əliyev Ramin (Sumqayıt), II yeri 7,5 xalla Əlizadə Emin (Yevlax), III yeri 7 xalla Mustafayev Fərid (Bakı - 1 №-li İOEUGŞDİM) əldə edib. 8 yaşadək qızlar arasında I yeri 7 xalla İsmayıl Mələk (Sumqayıt), II yeri 6,5 xalla Muradova Cahan (Sumqayıt), III yeri 5,5 xalla Allahverdiyeva Ayan (Bakı - 1 №-li İOEUGŞDİM) tutub. 10 yaşadək oğlanlar arasında I yerə 8,5 xalla Muradlı Məhəmməd (Bakı - 1 №-li İOEUGŞDİM), II yerə 8,5 xalla Murtuzov Rauf (Naxçıvan MR), III yerə 8 xalla Əliyev Rəvan (Sumqayıt) laiq görülüb. 10 yaşadək qızlar arasında I yerə 7 xalla Beydullayeva Gövhər (Bakı – HRŞDK), II yeri 6,5 xalla Tahirova Sevil (Quba), III yeri 6,5 xalla Fərzəliyeva Samirə (Qusar) qazanıb. 12 yaşadək oğlanlar arasında I yeri 10 xalla Nağdıyev Niyazi (Bakı - 1 №-li İOEUGŞDİM), II yeri 8 xalla Mustafin Andrey (Bakı – 2 №-li UGŞİM), III yeri 8 xalla Imanov Asim (Bakı – 2 №-li UGŞİM), 12 yaşadək qızlar arasında I yeri 7,5 xalla Balacayeva Xanım (Qax), II yeri 7,5 xalla Kərimzadə Nərmin (Bakı - RİOEUGŞM) və III yeri 7 xalla Səfərova Aytən (Neftçala) tutub. Komanda hesabında "A" qrupu üzrə I yeri Bakı – RİOEUGŞM-in, II yeri Bakı - 1 №-li İOEUGŞDİM-in, III yeri Quba komandası, "B" qrupu üzrə I yeri Bakı - 1 №-li İOEUGŞDİM-in, II yeri Sumqayıt, III yeri Bakı – RİOEUGŞM-in komandası qazanıb.
Qeyd edək ki, şəxsi və komanda hesabı üzrə qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları, medallar və kuboklar təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB