Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya oyunlarınına bir neçə gün qalmış Azərbaycan nümayəndə heyətinin yaşadığı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılaraq, himn səsləndirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov, nazir müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, nümayəndə heyətinin rəhbəri İlham Mədətov, idmançılar və digər şəxslər iştirak ediblər.
Olmipiya kəndinin rəsmisi qonaqları salamladıqdan sonra Azərbaycanın himni səsləndirilib, bayrağımız qaldırılıb. Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov çərçivəyə salınmış və üzərində milli elementlər olan Azərbaycan xalçasını olimpiya kəndinin rəsmisinə hədiyyə edib. Rəsmi də öz növbəsində İlham Mədətova xatirə medalı hədiyyə edib. Daha sonra İlham Mədətov Azərbaycan nümayəndə heyətinin adından xüsusi olaraq ayrılmış lövhəyə ürək sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB