London Yay Olimpiya Oyunlarına start götürür

London Yay Olimpiya Oyunlarına start götürür

Olimpiadanın rəsmi açılış mərasimi iyulun 27-də keçiriləcək


İyulun 27-də olacaq XXX Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə start veriləcək. Olimpiyaçıların mübarizəsi qadın futbolçuların oyunları ilə başlayacaq.


Belə ki, Olimpiya proqramında olan futbol turnirinin oyunları açılış mərasimindən 2 gün öncə start götürəcək. İyulun 25-də qadın, sabah isə kişilər futbolçular meydana çıxacaqlar.


Turnirin bugünkü təqvimində 6 matç yer alıb. Olimpiya Oyunları meydan sahibləri – Böyük Britaniya futbolçularının oyunu ilə başlayacaq. Onlar ilk turda Yeni Zelandiya millisini sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


E qrupu

20:00. Böyük Britaniya - Yeni Zelandiya

22:45. Kamerun – Braziliya


F qrupu

21:00. Yaponiya – Kanada

23:45. İsveç – Cənubi Afrika Respublikası


G qrupu

21:00. ABŞ – Fransa

23:45. Kolumbiya – Şimali Koreya

Bütün xəbərlər Facebook səhifəmizdə