Azərbaycan – Bəhreyn oyununa biletlər sabah satışa çıxarılacaq

Azərbaycan – Bəhreyn oyununa biletlər sabah satışa çıxarılacaq

Avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki \"Dalğa Arena\"da keçiriləcək Azərbaycan - Bəhreyn yoldaşlıq oyununun biletləri iyulun 26-dan etibarən satışa çıxarılacaq. Siasport.az saytının məlumatına görə, biletləri Park Bulvar Alış-Veriş Mərkəzində və Metro Park Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərəcək satış nöqtələrində əldə etmək mümkün olacaq.

Qeyd edək ki, \"Dalğa Arena\"nın kassalarında biletlər oyun günü satılacaq.

Biletlərin qiyməti aşağıdakı kimidir:

VIP - 20 AZN

1-ci kateqoriya - 5 AZN

2-ci kateqoriya - 3 AZN

3-cü kateqoriya - 1 AZN

Bütün xəbərlər Facebook səhifəmizdə