Xəbər verdiyimiz kimi, dünən \"İnter\" \"Asteras\" komandasına qarşı baş tutacaq UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasının keçiriləcəyi yerə- Yunanıstanın Tripolis şəhərinə yerləşib. Siasport.az saytının məlumatına görə, iyulun 23-dən \"Asteras\"-\"İnter\" matçında biletlərin satışına start verildi. Biletlərin qiyməti 15 və 25 avrodur. Qeyd edək ki, Tripolis şəhərində görüşün biletləri iki yerdə satılır. Biletlərin satılış məntəqələrin birindən aldığımız məlumata görə artıq biletlərin 70 faizi satılıb və qarşılaşmanın startına kimi bütün biletlərin satılacağı bildirilir. Belliklə, sabah baş tutacaq \"Asteras\"-\"İnter\" matçında anşlaq gözlənilir. Oyunu izləyənlər arasında azərbaycanlı fanatlar da olacaq. Belə ki, qarşılaşmanı Bakıdan gələn \"İnter\"in azarkeşləri, eləcə də jurnalistlər də izləyəcək.
Əlavə edək ki, Tripolis şəhərinin demək olar ki, bütün küçələrində \"Asteras\"-\"İnter\" görüşün afişalarına rast gəlmək olar.
Xatırladaq ki, oyunun keçiriləcəyi "Asteras Tripolis Stadium" 7 500 azarkeş tutumuna malikdir. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB