\"Liverpul\"un yeni transferi gerçəkləşib

\"Liverpul\"un yeni transferi gerçəkləşib

\"Liverpul\" klubu daha bir transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, \"Suonsi\" komandasının yarımmüdafiəçisi Co Allen karyerasını \"Liverpul\"da davam etdirəcək. Artıq tərəflər arasında razılığa gəlinib.


\"Qırmızılar\" 22 yaşlı futbolçu üçün qarşı tərəfə 13,5 milyon funt ödəməyə hazır olduğunu bildirib.


Məlumat üçün bildirək ki, həftənin sonuna qədər Allen yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə