“Rəvan” “Bukasport” ilə üz-üzə gələcək

“Rəvan” “Bukasport” ilə üz-üzə gələcək
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Rəvan" klubu bu gün təlim-məşq toplanıtısında növbəti görüşünü keçirəcək. Siasport.az saytının məlumatına görə, klubunun baş məşqçisi Güler Cavad yetirmələrini Türkiyənin "Bukasport" ilə görüşdə sınayacaq.


Bu klub TFF birinci liqasında çıxış edir və ölkə birinciliyinin son mövsümündə 18 komanda arasında 12-ci olub.


Qeyd edək ki, "Bukasport" və "Rəvan" klublarının görüşü iyulun 25-də baş tutacaq.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə