"Arsenal"  Santi Kazorlanı 16 milyon avroya transfer edib

"Arsenal" Santi Kazorlanı 16 milyon avroya transfer edib
İngiltərənin "Arsenal" futbol klubu, neçə müddətdir ki, transfer etmək istədiyi futbolçunu nəhayət ki heyətinə cəlb edib. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Belə ki, "topçular" "Malaqa"nın forvardı Santi Kazorlanı 16 milyon avroya transfer edib. Xatırladaq ki, yüksək futbol texnikası ilə fərqlənən bu futbolçu, digər Avropa klublarının da diqqət mərkəzində idi.

Bütün xəbərlər Facebook səhifəmizdə