"Fənərbaxça"  Felipe Melo üçün "Yuventus"a 9 milyon avro təklif etdi

"Fənərbaxça" Felipe Melo üçün "Yuventus"a 9 milyon avro təklif etdi
İstanbulun "Qalatasaray" futbol klubunun İtaliyanın "Yuventus" klubundan transfer edə bilmədiyi Felipe Melonu, indi də bir başqa İstanbul klubu heyətində görmək istəyir. Siasport.az saytı xəbər verir ki, keçən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edən və "cim bom"un çempion olmağında böyük rol oynamış braziliyalı forvard, İtaliya klubunun "Qalatasaray"ın təklif etdiyi transfer məbləğini qəbul etməməsi səbəbindən "Qalatasaray"da forma geyə bilməyəcək. Türkiyə mətbuatı xəbər verir ki, bundan xəbər tutan "Fənərbaxça", F.Melonu transfer etmək üçün artıq hərəkətə keçib. Belə ki, "Fənərbaxça"nın vitse prezidenti Ali Yıldırım "Yuventus"un vitse prezidenti Beppe Marotta ilə görüşərək transfer məsələsini müzakirə edib. Türkiyə mətbuatı xəbər verir ki, "Fənərbaxça" braziliyalı futbolçunun transferini reallaşdırmaq üçün qarşı tərəfə 9 milyon avro təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə