2012/2013 mövsümü üçün hazırlığını Türkiyənin Nevşehir bölgəsində davam etdirən \"Sumqayıt\" ilk yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Türkiyənin 1-ci liqasında çıxış edən \"Kayseri Erciyesspor\"la qarşılaşma rəqib komandanın bazasında baş tutub. Görüşün ilk qolu \"Kayseri Erciyesspor\" vurub. Qarşılaşmanın 16-cı dəqiqəsində Ceyhun Sultanovun ötürməsindən sonra Pərdis Fərcad Azad başla hesabı bərabərləşdirib.
Məlumat üçün bildirək ki, ikinci hissəyə də sürətli başlayan \"Sumqayıt\" hesabda irəli çıxıb. Ceyhun Sultanovun ötürməsini Uğur Pamuk qapıdan keçirib. Qarşılaşma saatının tamamında \"Kayseri Erciyesspor\" daha bir dəfə fərqlənərək oyunun hesabını müəyyənləşdirib - 2:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB