“İnter” artıq Yunanıstandadır

“İnter” artıq Yunanıstandadır

Xəbər verdiyimiz kimi, "İnter" "Asteras" komandası ilə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab qarşılaşması keçirəcək. Siasport.az saytının məlumatına görə, klub görüşün baş tutacağı Yunanıstanın Tripolis şəhərinə yollanıb.

Qeyd edək ki, "İnter" əvvəlcə çarter reysi ilə Yunanıstanın paytaxtı Afina şəhərinə yollanıb, daha sonra \"İnter\" avtobusla Tripolisə gedib. Yerli vaxtla saat 13.00-da komanda qalacağı \"Arkhontico Kaltezioti\" otelinə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə