“Neftçi\" Çempionlar Liqasında daha bir pillə irəlilədi

“Neftçi\" Çempionlar Liqasında daha bir pillə irəlilədi

Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Siasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi səfərdə Gürcüstan çempionu \"Zestafoni\"nin qonağı olub. İlk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən Flaqman səfər qarşılaşmasında 3 dəqiqə içində qapısından 2 qol buraxsa da, əzmkar oyunu sayəsində hesabı bərabərləşdirə bilib - 2:2.

Artıq \"Neftçi\"nin III təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib. Belə ki, öz meydanında Slovakiyanın \"Jilina\" komandasına 2:0 hesabı ilə qalib gələn İsrailin \"Hapoel\" klubu növbəti mərhələyə yüksəlib. Beləliklə, Çempionlar Liqasının III təsnifat mərhələsində \"Neftçi\" klubu \"Hapoel\" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə