\"Qarabağ\" klubu “Göztepe” ilə qolsuz heç-heçə edib

\"Qarabağ\" klubu “Göztepe” ilə qolsuz heç-heçə edib
Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu növbəti mövsümə hazırlığını Türkiyədə davam etdirir. Siasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi hazırlıq mərhələsində növbəti yoxlama oyununa çıxıb. "Qarabağ"ın bu dəfəki rəqibi Türkiyənin 1-ci liqasında çıxış edən "Göztepe" klubu olub.

Miro Varvodiç, Vaqif Cavadov və Hacı Əhmədov zədəli olduqlarından bu oyunda meydana çıxa bilməyib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Xatırladaq ki, bundan öncə "Qarabağ" Türkiyədəki hazırlıq prosesi çərçivəsində İranın "Zobahan" (1:0), "Traktorsazi" (1:0), Türkiyənin "Tavşanlı Linyitspor" (1:0) və Bakı təmsilçisi AZAL (0:4) ilə yoxlama oyununa çıxmışdı. Bütün qarşılaşmalarda qələbə qazanmışdı. Bu "Qarabağ"ın hazırlıq mərhələsində keçirdiyi yoxlama oyunlarında rəqiblə ilk bərabərliyi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə