“Zestafoni”nin baş məşqçisi "Neftçi"nin komandasından güclü olduğunu etiraf etdi
Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"yə ümumi hesabda məğlub olaraq, yarışla vidalaşan Gürcüstanın "Zestafoni" klubunun baş məşqçisi Georgi Çiabraşvili cavab matçından (2:2) sonra oyun barədə danışıb. Siasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, baş məşqçi "Neftçi"nin "Zestafoni"dən güclü olduğunu etiraf edib: "Neftçi" həqiqətən də bizdən güclü idi və buna görə də növbəti mərhələyə vəsiqə qazandı".
O, oyun barədə çox danışmaq istəmədiyini qeyd edib: "Biz artıq məğlubuq. İndi məğlubiyyətimizin səbəbi haqqında çox danışmaq istəmirəm. Deyə bilmərəm ki, rəqib bizi taktiki, yoxsa texniki cəhətdən üstələdi. Mən hər zaman futbolçularıma güvənmişəm, bundan sonra da güvənəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB