Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Zestafoni" klubu ilə cavab qarşılaşmasından sonra "Neftçi"nin baş məşqçi əvəzi Tərlan Əhmədov oyun barədə fikirlərini bildirib. Siasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o, qarşılaşmanın əvvəlində rəqibin güclü təzyiqi ilə üzləşdiklərini qeyd edib: "Oyunun ilk dəqiqələri bizi şoka saldı. Rəqib çox təzyiq edirdi. Yaxşı ki, özümüzü tez toparladıq".
T.Əhmədov komandasının oyunundan razı qalıb: "Vobayın qol vuracağı ürəyimə danmışdı. Yaxşı ki, zənnim məni aldatmadı. Çünki həmin qola hava-su kimi ehtiyacımız var idi. Komandanın oyunundan razı qaldım, o cümlədən də Rail Məlikovun. Rail komandanın kapitanı və lideridir. Ona inamım sonsuzdur və sonadək də belə olacaq. Ehtiyat qüvvəmiz də var. Hətta ilk yarıda fərqi azalda bilməsəydik, ikinci yarıda ehtiyat qüvvəni meydana buraxacaqdım. Qarşıda bizi "Hapoel"lə çətin oyunlar gözləyir. İnanıram ki, həmin matçlarda da uğur qazanacağıq".
Xatırladaq ki, "Neftçi" ümumi hesabda qələbə qazanaraq rəqibini yarışdan kənarlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB