Sadıq Sadıqov: \"Layiqli qələbə qazandıq\"

Sadıq Sadıqov: \"Layiqli qələbə qazandıq\"

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Tbilisidə yerli "Zestafoni" klubu ilə 2:2 hesablı heç edərək, ümumi hesabda qələbə qazanan \"Neftçi\"nin prezidenti Sadıq Sadıqov oyundan sonra jurnalistlərə açıqlama verib. Siasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o layiqli qələbə qazandıqlarını qeyd edib: "Bizə qarşı burada göstərilən bütün haqsızlıqlara, təzyiqlərə baxmayaraq, layiqli qələbə qazandıq. Bu gün oyunboyu üstünlük tamamilə "Neftçi"nin tərəfində idi. Meydanda diqtə edən məhz bizim komandamız idi. Bu da onu göstərir ki, ilk oyunda qazandığımız 3:0 hesablı qələbə heç də təsadüfi deyildi. Layiqli oyun sərgiləyərək, üçüncü mərhələyə yüksəldik".
Klub prezidenti növbəti rəqib barədə də fikirlərini bildirib: "Hamı bilir ki, İsrail çempionu çox güclü komandadır. Onlara qarşı bizi həddindən artıq çox çətin oyunlar gözləyir. İndidən qəti söz demək çətindir. Amma "Neftçi" Azərbaycan xalqını yenidən sevindirmək üçün əlindən gələni edəcək. Lakin qarşıdakı mərhələdə uğur qazanıb-qazanmamağımız, eləcə də qrup mərhələsinə düşüb-düşməməyimiz qismətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə