“Neftçi” Çempionlar Liqasının növbəti mərhələsində

“Neftçi” Çempionlar Liqasının növbəti mərhələsində

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının "Neftçi" komandası Tbilisidə "Zestafoni" klubu ilə qarşılaşıb. Bu komandaların ötən həftə paytaxtımızda keçiriən görüşündə "Neftçi" 3:0 hesabı ilə qalib gəlmişdi.


SİA-nın Gürcüstana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüş meydan sahiblərinin hücumları ilə başlayıb və "Zestafoni" 4 dəqiqə ərzində 2 top vurub. Amma cəmi 2 dəqiqə sonra Vobay "Neftçi"yə nəfəs verən qola imza atıb.


İkinci hissənin əvvəllərində komandamız penalti vurmaq hüququ qazanıb və Rəşad Sadiqov hesabı bərabərləşdirib-2:2. Matç bu hesabla da başa çatıb.


Beləliklə, "Neftçi" iki görüşün yekununa görə, növbəti mərhələyə yüksəlib. Burda onun rəqibi İsrailin"Hapoel" komandası olacaq. İlk görüşdə "Jilina"ya səfərdə 0:1 məğlub olan İsrail klubu cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək "Neftçi"yə rəqib oub.


\"Zestafoni\" (Gürcüstan) - \"Neftçi\" (AZƏRBAYCAN) (İlk oyun - 0:3) - 2:2

Qollar: David Muciri, 15 (1:0), Jaba Dvali, 19 (2:0), Julius Vobay, 21 (2:1), Rəşad Sadiqov, 52-pen (2:2)

Hakimlər: Artyom Kuçin, Evqeni Beliskiy, Alibek Abubəkirov, Ruslan Duzmametov (Qazaxıstan)

Zestafoni. David Abaşidze adına stadion


"Neftçi": Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Elvin Yunuszadə, Bruno Bertuççi, Rəşad Sadiqov, Cavid İmamverdiyev, Flavinyo, Julius Vobay (Araz Abdullayev, 76), Nikolas Kanales, Erik Ramos


\"Zestafoni\": Roini Kvasxadze,Temuraz Gongadze, Tornike Grigalaşvili, Mamuka Kobakidze, Tedore Grigalşvili, Tornike Gorgiaşvili, David Mujiri, Jaba Dvali, Levan Sharikadze, Zurab Menteşeşvili, Aboyomi Oşonikoko

Bütün xəbərlər Facebook səhifəmizdə