Futbol üzrə \"Sevinc\" Kuboku oyunları başa çatıb

Futbol üzrə \"Sevinc\" Kuboku oyunları başa çatıb

15-24 iyul tarixlərində Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 2000-2001-cu il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə \"Sevinc\" Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilib.Siasport.az saytının məlumatına görə, yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak edib. Ümumilikdə yarışda 220 nəfər yeniyetmə futbolçu mübarizə aparıb.

Məlumat üçün bildirək ki, yarimfinala çıxan Xəzər və Qaradağ rayon komandaları arasında keçirilən oyunda 2:0 hesabı ilə Xəzər rayon komandası, Nərimanov və Binəqədi rayon komandaları arasında keçirilən oyunda isə 1:0 hesabı ilə Nərimanov rayon komandası qalib gəlib. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Xəzər və Nərimanov rayon komandaları arasında keçirilən gərgin oyundan 3:2 hesabı ilə Xəzər rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Qaradağ və Binəqədi komandaları arasında keçirilən oyunda 4:1 hesabı ilə Qaradağ rayon komandası qələbə qazanıb. Beləliklə, yarışda 1-ci yerə \"Xəzər\" komandası, 2-ci yerə \"Nərimanov\" komandası, 3-cü yerə isə \"Qaradağ\" komandası layiq görülüb.

Qeyd edək ki, yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən \"Sevinc\" Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə