London Yay Olimpiya Oyunlarında Azərbaycanı 5 hakim təmsil edəcək

London Yay Olimpiya Oyunlarında Azərbaycanı 5 hakim təmsil edəcək

London Yay Olimpiya Oyunlarında Azərbaycanı 5 hakim təmsil edəcək. SİA-nın verdiyi məlumata görə, onlardan ikisi güləş yarışlarını idarə edəcəkdir. Bu sözləri beynəlxalq dərəcəli hakim, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib.

Bildirib ki, Olimpiya Oyunlarını idarə etmək çox çətindir. Dünyanın 400-dən çox seçilmiş idmançısı bu yarışda iştirak edəcək. Biz də çalışacağıq ki, Azərbaycanın adını həmişə yüksəklərə qaldıraq.

Qeyd edib ki, güləşçilərimiz təlim-məşq toplanışlarını yekunlaşdırmaq üzrədirlər. Artıq yunan-Roma yığmamız hazırlığını başa vurub. Sərbəst güləş üzrə millimiz isə hələ öz hazırlıqlarını davam etdirirlər. Onlar Bakıdakı təlim-məşq bazasında çalışırlar. Qadın güləşi üzrə komandamız Ukraynada hazırlıq keçib və avqustun 1-də Vətənə dönərək, Londona yollanacaq Olimpiya yığmamızın növbəti heyətində yer alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə