\"Sumqayıt\" bir neçə dəqiqə sonra Türkiyədə ilk yoxlama oyununa çıxacaq
2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən \"Sumqayıt\" klubu bu gün qonşu ölkədə ilk yoxlama görüşünə çıxacaq. Siasport.az saytının məlumatına görə, "Sumqayıt"ın rəqibi Türkiyənin 1-ci liqasında mübarizə aparan \"Kayseri Erciyesspor\" olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, \"Sumqayıt\"ın Türkiyədə daha iki yoxlama oyunu keçirəcəyi planlaşdırılır. İyulun 26-da \"Kayserispor\"la üz-üzə gələcək Bernhard Raabın komandası iyulun 28-də \"1461 Trabzon\" klubunu sınağa çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB