\"Xəzər Lənkəran\" artıq Poznandadır

\"Xəzər Lənkəran\" artıq Poznandadır

Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində \"Lex\" klubu ilə qarşılaşacaq \"Xəzər Lənkəran\" artıq Polşanın Poznan şəhərindədir. Siasport.az saytının məlumatına görə, çərşənbə axşamı səhər saatlarında Bakıdan birbaşa təyyarə reysi ilə Poznana gələn Avroliqa təmsilçimiz \"IBB Andersia\" mehmanxanasında məskunlaşıb. Komanda Poznandakı ilk məşqini bu gün keçirəcək.

Qeyd edək ki, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri Poznan hava limanında \"Xəzər Lənkəran\"a böyük maraq göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə