“Barselona”da Messi şoku

Almaniyada hazırlıqlarını davam etdirən "Barselona" klubu şok itki ilə üzləşib.

"Marca" qəzetinin verdiyi məlumata görə, komandanın ulduz futbolçusu Lionel Messi zədələnərək sıradan çıxıb. Məşq zamanı sağ ayağından zədələnən futbolçu "Hamburq"la keçiriləcək yoldaşlıq görüşündə iştirak edə bilməyəcək. Bu gün tibbi müayinədən keçən argentinalı futbolçunun ayağında əzilmə müşahidə olunub.

Qeyd edək ki, Messinin hansı müddətə sıradan çıxması haqda məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə