Raqif Abbasov: \"Azərbaycanın London Olimpiadasında 14-cü çıxış edəcək\"

Raqif Abbasov: \"Azərbaycanın London Olimpiadasında 14-cü çıxış edəcək\"

Azərbaycan Londonda keçiriləcək Olimpiadanın açılış mərasimində 14-cü sırada çıxış edəcək. Siasport.az saytının məlumatına görə, bu sözləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov açıqlamasında deyib. Açılış mərasimi haqda suala cavab verən Raqif Abbasov bu sözləri deyib: "İyul ayının 25-də Britaniya vaxtı ilə saat 11:30-da Olimpiya kəndində Azərbaycan bayrağı qalxacaq. Açılışda biz 14-cü çıxış edəcəyik. Artıq bir neçə idmançımız Olimpiya kəndindədir. Onlar akademik avarçəkənlər, qız bokçumuz və cüdoçularımızdır. Bu gün birinci nümayəndə heyəti yola düşür. Növbəti nümayəndə həyəti iyul ayının 26-sı, avqustun 2-si və 4-ü son nümayəndə heyəti gedəcək. 16 idman növü üzrə 53 lisenziyamız var. Biz böyük nümayəndə heyəti qrupuna aidik. Hazırda 5 fəaliyyətdə olan dünya çempionumuz var. Hesab edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Azərbaycan yığmasının London Olimpiadasında bayraqdarı Elnur Məmmədli olacaq ".

İdmançıların təlim-məşqlərdən yüksək səviyyədə keçdiyini vurğulayan Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, artıq idmançılarımız tibbi müayinələrədən də keçib: "Ümid edirəm ki, burada olan ab-hava idmançılarımıza da müsbət təsir edərək Olimpiadada yüksək nailiyyətlər əldə etmələrinə şərait yaradacaq \".

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə