Fatih Terim keçmiş komandasını sınağa çəkəcək

Fatih Terim keçmiş komandasını sınağa çəkəcək
İstanbulun "Qalatasaray" futbol klubu, avqustun 8-də "Türk Telekom Arena"da İtaliyanın "Fiorentina" futbol klubu ilə yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə "Qalatasaray"ın rəsmi internet səhifəsi məlumat yayıb. Məlumata əsasən,bu barədə hər iki klubun rəsmi şəxsləri arasında razılıq əldə olunub. Xatırladaq ki, hazırda "Qalatasaray"ın baş məşqçisi olan Fatih Terim, 2000-2001 mövsümüdə "Fiorentina"nın sükanı arxasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə