"Arsenal" 28 yaşlı ispaniyalı futbolçu üçün nə qədər ödəyəcək?

"Arsenal" 28 yaşlı ispaniyalı futbolçu üçün nə qədər ödəyəcək?
İngiltərənin "Arsenal" futbol klubu, İspaniyadan futbolçu transfer etmək üçün hərəkətə keçib. Siasport.az saytı İngiltərənin "Guardian" qəzetinə istinadən xəbər verir ki, xüsusi ilə "topçuların" fransız baş məşqçisi Arsen Vengerin bəyəndiyi bu futbolçu, "Malaqa"nın 28 yaşlı ispaniyalı forvardı Santi Kazorladır. "Guardian"ının yazdığına görə, fransız futbol mütəxəssisi, "Arsenal" rəhbərliyindən bu futbolçunu almaq üçün hərəkətə keçməyi tələb edib. Olduqca texnikalı futbola malik olan S.Kazorlanın transferi üçün "Malaqa" rəhbərliyi "Arsenal"dan 20 milyon avro tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə