İsmayıl İsmayılov: “Azərbaycan xalqı idmançılarımızdan uğur gözləyir” - AÇIQLAMA

İsmayıl İsmayılov: “Azərbaycan xalqı idmançılarımızdan uğur gözləyir” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Londonda keçiriləcək Olimpiadaya vəsiqə qazanmış idmançılarının yolasalma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə jurnalistlərə açıqlama verən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu il idmançılarımızın onlara göstərilən etimadı doğruldacağını bildirib.

"Əlamətdar haldır ki, Azərbaycan heyəti 53 idmançı ilə Olimpiya Oyunlarına qatılır. Ümid edirəm ki, bu mötəbər tədbirdə idmançılarımız onlara göstərilən etimadı layiqincə doğruldacaq və ölkəmizə medallarla qayıdacaqlar. Dövlətimizin himnini səsləndirib, bayrağını dalğalandıracaqlar", - deyə nazir müavini bildirib.

İdmançılarımızdan daha çox fəxri yerlər gözlədiyini deyən nazir müavini fikrini belə ifadə edib: "Bu gün Azərbaycan xalqı idmançılarımızdan uğur gözləyir. Mən də öz adımdan bütün idmançılara uğurlar arzulayıram. Ümid edirəm ki, bizim olimpiyaçılarımız onlara göstərilən etimadı layiqincə doğruldacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə