Azərbaycan yığmasının London Olimpiadasına yola salınma mərasimi keçirilib - FOTOLAR

Azərbaycan yığmasının London Olimpiadasına yola salınma mərasimi keçirilib - FOTOLAR

Bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan yığmasının 30-dan çox üzvünün London Olimpiadasına yola salınma mərasimi keçirilib. SİA-nın məlumatına görə, sabah Londonda Olimpiada kəndində Azərbaycan üçün açılış olacaq. Avqustun 4-də isə digər idman növlərində çıxış edəcək idmançılarımız yola salınacaq. London Olimpiadasına gedən idmançılarımızın sayı isə ümumilikdə 53-dür. Dünya statistikasında isə bir ölkədən 50-dən çox idmançının bu yarışmaya vəsiqə qazanması yüksək göstərici hesab olunur.

Qeyd edək ki, Azərbaycan yığmasının London Olimpiadasında bayraqdarı rəsmən açıqlanıb. Bu, 4 il öncə Pekində keçirilən son Olimpiadada qızıl medal qazanan cüdoçu Elnur Məmmədli olacaq. Olimpiya yığmamızın üzvlərinin geyimlərində milli çalarlar əks olunub.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə