Azərbaycanlı biznesmen Gülnarə Xanbabayevanın İspaniyada yeni klub alıb. Siasport.az saytının məlumatına görə, o, "Baku de Valensia" və "Ellin Deportivo" klubları əsasında yeni komanda – "Baku Hellin Deportivo" klubunu yaradıb. Bu komanda İspaniyanın üçüncü divizionunda çıxış edəcək.
Bu klubu digərlərindən fərqləndirən əsas xüsusiyyət onun daha çox Azərbaycansayağı olmasıdır. Xanbabayevanın rəhbərlik etdiyi klub rəsmiləri "Baku Hellin Deportivo" üçün yeni loqotip də formalaşdırıblar. Loqotipdə yer alan ispan tacı, xristian xaçı, kilsə ilə yanaşı loqotipdə Azərbaycan bayrağının da olması xüsusi diqqət çəkir.
Loqotipin ən üst hissəsində tac şəkli var ki, bu da İspaniya klublarının böyük əksəriyyəti üçün xarakterik hal hesab olunur. Buna səbəb isə İspaniya monarxlığına inamı təcəssüm etdirməsidir.
Aşağı hissədə klubun təmsilçisi olduğu Ellin şəhərinin simvolu olan iki şir və Asunson kilsəsi qeyd olunub.
Bütün bunların fonunda loqotipin Azərbaycan bayrağının rənglərinə boyanması isə sırf klubun yeni rəhbərliyinin azərbaycanlılardan ibarət olması ilə bağlıdır.
Xatırladaq ki, ötən həftə Xanbabayeva İspaniyada mətbuat konfransı keçirib və öz hədəflərindən danışıb. İspaniya futbolundakı "Azərbaycan təmsilçisi" daha güclü Sequnda diviziona (bu ölkənin gücünə görə ikinci çempionatına) çıxmağı qarşısına məqsəd qoyub.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB