Avropa Kubokunda mübarizə aparan cüdoçularımız iki medal qazanıblar

Avropa Kubokunda mübarizə aparan cüdoçularımız iki medal qazanıblar

Polşanın Vroslav şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kuboku başa çatıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan yığması ümumi komanda hesabına bir qızıl və bir bürünc medal qazanaraq 5-ci yerlə kifayətlənməli olub.

Cüdoçumuz Mehman Sadıqov (55 kq) finalda Belçika təmsilçisini məğlub edərək qızıl medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Rəşad Rufullayev isə qazaxıstanlı rəqibinə qalib gələrək bürünc medalın sahibi olub.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə