Yunanıstanın "Asteras" komandasına qarşı baş tutacaq UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasına hazırlıqlarını Bakıda davam etdirən "İnter" bu gün saat 19.00-da növbəti məşqə çıxacaq. Siasport.az saytının məlumatına görə, sabah səhər saatlarında isə komanda görüşün keçiriləcəyi Tripolis şəhərinə yola düşəcək. "İnter" əvvəlcə çarter reysi ilə Yunanıstanın paytaxtı Afina şəhərinə yollanacaq, daha sonra avtobusla Tripolisə gedəcək. Qeyd edək ki, paytaxt təmsilçisi "Arkhontico Kaltezioti" otelində məskunlaşacaq.
"Asteras" - "İnter" matçı iyulun 26-sı, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, komandaların Bakıda keçirilən ilk qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB