“Fənərbaxça” klubu serbiyalı futbolçunu transfer etməyə hazırlaşır

“Fənərbaxça” klubu serbiyalı futbolçunu transfer etməyə hazırlaşır

Transfer seriyasını davam etdirən "Fənərbaxça" klubu "Yuventus"un serbiyalı futbolçusu Miloş Krasiçlə razılığa gəlib. Siasport.az saytının məlumatına görə, iki klub rəhbəri bu gün transferi rəsmiləşdirmək üçün bir araya gələcək.

Xatırladaq ki, "ÇSK Moskva"da ulduzu parlayan Miloş Krasiç 2 mövsüm öncə "Yuventus"a transfer olunmuşdu. \"A\" Seriyasındakı ilk mövsümündə 33 matçda 7 qol vuran serbiyalı ulduz ötən mövsüm forma geyinə bilmə şansı tapa bilməmişdi. O, 7 qarşılaşmada çıxış edib, 1 qol vura bilmişdi. Hazırda isə Krasiç Serbiya milli komandasının heyətində mübarizə aparır.


Bütün xəbərlər Facebook səhifəmizdə