"Lex"in futbolçusu:"İndi hər iki komandanı ikinci 90 dəqiqə gözləyir"
Avropa Liqasının II mərhələsində "Xəzər Lənkəran"ın rəqibi olan Polşanın "Lex" klubunun futbolçusu Mateusz Mozdren cavab oyunu öncəsi Polşa mətbuatına müsahibə verib. Siasport.az saytı xəbər verir ki, "Lex"in futbolçusu Polşada keçiriləcək cavab qarşılaşması və rəqibin üstün cəhətləri barədə danışıb. Siasport.az saytı olaraq, həmin müsahibəni olduğu kimi təqdim edir.
- Cavab oyununa hazırlıq necə gedir?
- Artıq dörd gündür ki, "Xəzər Lənkəran"la cavab matçının hazırlılarına start vermişik və hər şey qaydasındadır.
- İlk oyunu bir də yada sala bilərik?
- Bu haqda yetərincə danışmışıq. Gərgin oyun oldu və qalib aşkarlanmadı. İndi hər iki komandanı ikinci 90 dəqiqə gözləyir. Təbii, səfərdə qol vurmaq bizim üçün üstünlük sayıla bilər. Amma unutmayaq ki, eyni qolu rəqib də burda bizə vura bilər.
- Bəs, vurduğun qolu necə xatırlayırsan?
- "Xəzər Lənkəran" hesabı erkən açsa da, ruhdan düşmədik və bərabərlik qolu üçün irəli atıldıq. İlk 20 dəqiqənin tamamına kimi isə, buna nail olduq. O ki qaldı vurduğum qola, sol cinahdan ötürmə gəldi və rəqibin iki müdafiəçisi topu uzaqlaşdıra bilmədi. Belə olan halda mən də dəqiq zərbə ilə uzaq küncü nişan aldım.
- Cavab oyunundan nə gözləyirsən?
- Ancaq qələbə. Baxmayaraq ki, çətin olacaq. Çünki rəqib də Polşaya qələbə dalınca gəlir. Amma biz əlimizdən gələni edəcəyik ki, bu mərhələni keçək.
- Rəqibi hansı xüsusiyyətinə görə fərqləndirərdin?
- Sürətli futbolçuları var. Həm mərkəzdən, həm də cinahlardan yaxşı hücumlar təşkil etməyi bacarırlar. Ancaq mənə elə gəlir ki, "Xəzər Lənkəran"ın ən böyük üsyünlüyü standard vəziyyətdən yaxşı istifadə etməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB