“İqtisadçı” Tailand millisinin üzvünü transfer edir

“İqtisadçı” Tailand millisinin üzvünü transfer edir

CEV kubokunda mübarizə aparacaq \"İqtisadçı\" klubu Tailand millisinin voleybolçusu Vilavan Apinyaponqla razılığa gəlib. Siasport.az saytının məlumatına görə, 28 yaşlı asiyalı bu yaxınlarda 1 illik rəsmi müqavilə imzalayacaq. O, Çinin "Fujian Xi Menq Bao" klubunda oynayıb. Apinyaponq kapitanı olduğu Tailand millisində Asiya kubokunun qızıl, gümüş və bürünc medalların sahibi olub. 174 sm boya malik voleybolçu "Fujian Xi Menq Bao"dan öncə "Tan Hao" (Vyetnam, 2006/2007), "Sanq Som" (Tailand, 2007), "Konya Eregli" (2008/2009), "Eregli Bələdiyyə" (hər ikisi Türkiyə, 2009/2010), "Federbrau" (Tailand, 2010), "Quanqdonq Everqrande" (Çin, 2010/2011) və "Çanq" (Tailand, 2011) klublarında çıxış edib. Bu klubların heyətində 3 dəfə Asiya çempionu olan Vilavan 1 dəfə də 3-cü yerlə kifayətlənməli olub. Həmçinin o, "Çanq"ın heyətində ötən il dünya çempionatında "Rabitə"yə qarşı oynayaraq, komandasının ən yaxşısı olub. Azərbaycan çempionuna məğlub olan asiyalının komandası yekunda 5-ci yeri tutub.

Qeyd edək ki, "İqtisadçı" Apinyaponqla yanaşı, Tailand millisinin digər üzvü Nutsara Tomkomla da danışıqlar aparır.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə