London Yay Olimpiya Oyunlarının açılış mərasiminin vaxtı bəlli olub. Siasport.az saytının məlumatına görə, iyulun 27-də mərasim rəmzi olaraq yerli vaxtla saat 20:12-də (Bakı vaxtı ilə saat 00:12) baş tutacaq. Olimpiadanın keçirildiyi – 2012-ci ili özündə əks etdirən başlama saatı ilə "Möcüzələr adası" adlı proqram nümayiş olunacaq. Bu proqramın bədii rəhbəri tanınmış britaniyalı rejissor və prodüser Denni Boyldur.
Xatırladaq ki, o 2008-ci ildə "Xarabalıqlardan çıxan milyonçu" filminə görə aldığı "Oskar"la məşhurlaşıb.
Məlumat üçün bildirək ki, 3 saat davam edəcək açılışda 15 min könüllü iştirak edəcək. Proqram xüsusi zəng səsi ilə başlayacaq. Təşkilatçıların bildirdiyinə görə, London Yay Olimpiya Oyunlarının açılış mərasimi 36 milyon avroya başa gələcək. Bu şounun 4 milyard televiziya tamaşaçısı tərəfindən izlənəcəyi güman edilir. Təşkilatçılar, Böyük Britaniyada 4 il öncə baş tutan, Pekin Olimpiadasını kölgədə qoyan tədbir keçirəcəklərinə inanırlar.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB